Civə satan şəxs saxlanıldı - Foto

cive-satan-sexs-saxlanildi
Oxunma sayı: 1834

Mingəçevirdə keçirilən əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.