“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonununda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 18:30-da başa çatıb.
Son xəbərlər
Son Xəbərlər