Civənin evə dağılması niyə qorxuludur? -

civenin-eve-dagilmasi-niye-qorxuludur-
Oxunma sayı: 5347


Nazirliyin saytında da bu barədə mütəmadi məlumatlar dərc olunur. Lakin çoxu civənin niyə belə potensial təhlükə mənbəyi olmasından xəbərsizdir.

Bu maddənin evə dağılması niyə qorxuludur, hansı təhlükəni törədir?

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, ağır metal olan civə buxarlanır və sağlamlığa ciddi təhlükə törədir: “Civə maye halında olan metaldır. İstənilən mayenin müxtəlif aqreqat halı var,  amma civə adi temperaturda, normal atmosfer təzyiqində maye halında olur. Buna görə də o, buxarlanmaya meyllidir. Ağır metal olduğuna görə də onun buxarlanması nəfəs yollarına çökür və buradan qan-damar sisteminə keçərək civə zəhərlənməsi əmələ gətirir. Bundan başqa civənin nəfəs yollarına çökməsi ağır bronxitə, ağciyərdə müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Ona görə də məsləhətdir ki, harasa civə dağılsa, dərhal təmizlənsin”.

Professor deyir ki, bu maddə qatı olduğundan yerə dağılanda yayılmır, dairəvi forma alır: “Məsləhətdir ki, o, mütəxəssislər tərəfindən təmizlənsin, çünki mütəxəssis onu necə zərərsizləşdirməyi daha yaxşı bilir.

Civə zəhərlənməsinə gəlincə isə bunun xüsusi əlaməti yoxdur, toksiki xüsusiyyətləri dərhal özünü biruzə vermədiyinə görə tədricən bronxlara çökür və problem yaradır”.

“Qafqazinfo”