Çıxdı buz üstə qoçaq... - Mourinyonun çətin anları +Video

cixdi-buz-uste-qocaq
Oxunma sayı: 2537

Kontinental Xokkey Liqasının oyununa fəxri qonaq kimi dəvət edilən futbol məşqçisi Joze Mourinyo çətin anlar yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, oyunöncəsi simvolik atış həyata keçirmək istəyən Mourinyo xalıda müvazinətini saxlaya bilməyib və buzun üstünə yıxılıb. 

Qeyd edək ki, dekabrın 18-də “Mançester Yunayted”in baş məşqçisi postunu tərk edən Mourinyo hazırda işsizdir. 

“Daily Mail”in yazdığına görə, portuqaliyalı müqavilənin pozulması üçün klubdan təxminən 25 milyon avro alıb. Məşqçinin sözlərinə görə, işsiz olduğu üçün xoşbəxtdir.