Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, spiker Oqtay Əsədov qanun layihəsini təqdim etməyə hazırlaşan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylidən bir xahiş edib: “Daxili nizamnaməyə görə, qanun layihəsi ilə bağlı məlumat verilməsi üçün 20 dəqiqə vaxt nəzərdə tutulur. İsa müəllim çox xahiş edirəm ki, siz də 19 dəqiqə 59 saniyəyə bitirməyin. Bir az aşağı edin”.
Bu təklif spiker daxil olmaqla deputatların hamısının ürəyincə olub. Sonda İ. Həbibbəyli çıxışını 10 dəqiqə tez bitirib. Spiker də buna görə öz təşəkkürünü edib. Qeyd edib ki, ikinci oxunuşda daha geniş çıxış edər.
Günel Türksoy