Deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında AXC- Müsavat adını tez-tez çəkən deputatlara irad tutub. “Qafqazinfo” xəbər verir ki, deputat qeyd edib ki, burada o AXCP sədridir: “Mən 2015- ci ildən böyük məşəqqətlər keçərək bura gəlmişəm. Bu Məclisdə AXC şinelindən çıxmış çox hörmətli millət vəkillərimiz var.
Mənə elə gəlir ki, biz əgər qəbul ediriksə ki, bütün pisliklərin astanasında Əli Kərimli dayanır. Gəlin onun adıyla deyək. Əli Kərimliyə keçid yollarla fırlanıb AXC- Müsavat deməyin yeri yoxdur. Ümumiyyətlə isə Müsavatı deməyin heç yeri yoxdur. Mən burada Müsavatın vəkili deyiləm. Sadəcə olaraq ədalətin bərqərar olmasını istəyirəm. Ona görə də xahiş edirəm ki, mənim AXCP sədri olduğumu nəzərə alaraq çıxışlarınızda buna diqqət edəsiniz”.
Deputat Siyavuş Novruzov isə R. Nurullayevə belə reaksiya verib: “Həmin dövrü təftiş edəndə orda bir nəfər, iki nəfərlə qurtarmaq mümkün deyil. Onlar elə bil hamısı bir yerə yığılmışdı. O Müsavatla, indiki Müsavatı bir-birinə qarışdırmayın. O Müsavat İsa Qəmbərə vəsiyyətlə verilməmişdi. İndi ölkədə nə qədər adamın adı Həsən, Hüseyndir. Onların hamısı imam deyil ki!”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər