Çiyələyin faydaları

ciyeleyin-faydalari
Oxunma sayı: 3174


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın Salamanca Universiteti çiyələklə bağlı araşdırma aparıb. Aparılan araşdırılmalarda müəyyən olub ki,  nizamlı olaraq çiyələk yemək  LDL (pis) xolesterol səviyyəsinin düşməsini təmin edir. Aparılan araşdırmaya 23 könüllü qatılaraq 1 ay boyunca hər gün yarım kilo çiyələk yeyib. Daha sonra edilən testlərdə LDL xolesterol səviyyələrində təxminən 9 faiz azalma müşahidə olunub. HDL (yaxşı) xolesterol səviyyələri isə eyni qalıb. İlkin nəticələrə görə çiyələyin bu xüsusiyyəti meyvəyə qırmızı rəngini verən “antosiyanin” adlı pigmentten irəli gəlir .

Eyni zamanda, bu qırmızı, şirin möcüzə insan bədəninin müqavimətini artırır, xərçəngə qarşı qoruma təmin edir, ürək və damar sağlamlığını qoruyur.  Xüsusilə də, tərkibindəki bol miqdarda antioksidanlar sürətli yaşlanmağın qarşısını alır. 

Diabet xəstələri də rahatlıqla çiyələk yeyə bilər. 1 kasa çiyələk diabet xəstəliyindən əziyyət çəkənlər üçün sağlam qəlyənaltı ola bilər.  Bu üsul qan şəkərini qoruyur və yüksəltmir.  Mütəxəssislər çiyələyin lifli quruluşunun uzun müddət toxluq hissi verdiyini və daha az karbonhidrat istehlak etdiyini bildirir.

Zümrüd