“Qafqazinfo” Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilən məhkum Nazim Emin oğlu Acalov üçün gətirilən sovqata baxış keçirilib. Onunla qısamüddətli görüşə gələn bacısı, Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilən zaman ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər