Cizgi film qəhrəmanlarının məkanı- - Fotolar

cizgi-film-qehremanlarinin-mekani-
Oxunma sayı: 1895


“Qafqazinfo”nun məlumatına görə, ötən həftə AAAF Park Yaşayış Kompleksinə “Maşa və ayı”, “Mikki və Mini”, “Calliou”, “Pepe” və “Şrek” kimi uşaqların çox sevdiyi cizgi film qəhrəmanlarını dəvət edilib. Bütün yaz-yay mövsümündə AAAF Parkda belə görüşlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, AAAF Park may ayının 10-dan etibarən uşaqlar arasında müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən kim ki, AAAF Parkda personajlarla şəkil çəkdirib, rəsmi “Feysbuk” (https://www.facebook.com/aaafpark) səhifəsinə göndərsə, ən çox “bəyəndim” toplayan şəklin müəllifini “Limulənd Uşaq Əyləncə Mərkəzi”ndən hədiyyə gözləyir. Müsabiqə 15 iyun 2015-ci il tarixinədək davam edəcək.