ÇL-də 1/8 final həyəcanı - Bu gün daha iki oyun keçiriləcək

cl-de-18-final-heyecani
Oxunma sayı: 3863

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Çelsi” doğma azarkeşləri önündə “Lill”i, “Vilyarreal” isə “Yuventus”u qəbul edəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları martın 16-da gerçəkləşəcək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

22 fevral

00:00. “Çelsi” (İngiltərə) - “Lill” (Fransa)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

00:00. “Vilyarreal” (İspaniya) - “Yuventus” (İtaliya)

Baş hakim: Daniel Zibert (Almaniya)