ÇL-də 3-cü təsnifat mərhələsinə yekun vurulur

cl-de-3-cu-tesnifat-merhelesine-yekun-vurulur
Oxunma sayı: 979

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə bu gün yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə 5 görüş keçiriləcək.

Qalib komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edəcəklər.

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)
21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)
22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, ilk oyun günündə keçirilmiş matçlardan sonra "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) komandaları Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.