ÇL-də pley-off mərhələsinə start verildi

cl-de-pley-off-merhelesine-start-verildi
Oxunma sayı: 1513

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.

Pley-off mərhələsinin digər görüşləri sabah keçiriləcək.

Qeyd edək ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
22 sentyabr

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.

Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.

Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0