ÇL finalı İstanbuldan alına bilər

cl-finali-istanbuldan-alina-biler
Oxunma sayı: 1434

Koronavirusa görə dayandırılan Çempionlar Liqası ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.

 “Qafqazinfo” “La Repubblica" nəşrinə istinadən xəbər verir ki, turnirin final oyunu İstanbulda keçirilməyə bilər. Buna səbəb Türkiyədə COVID-19 pandemiyasına yoluxanların sayının artmasıdır.
 
UEFA aprelin 23-ü növbəti videkonfrans təşkil edəcək və turnirlərin taleyini müzakirə edəcək.
 
Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.