ÇL-in final oyununun biletləri satışa çıxarıldı

cl-in-final-oyununun-biletleri-satisa-cixarildi
Oxunma sayı: 2525

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Bildirilib ki, satış qurumun saytında həyata keçirilir. Ümumilikdə 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün nəzərdə tutulub. 20 min bilet isə finalçı komandaların azarkeşləri üçündür.

Qiymətlər 70 - 690 avro arasında dəyişir.

Qeyd edək ki, İstanbulda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq. Yarımfinalda "Real" (Madrid) “Mançester Siti”, “Milan” “İnter”lə üz-üzə gələcək.