Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) matçından əvvəl iki klubun azarkeşləri arasında insident yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, azarkeş qrupları arasında çıxan davaya polis müdaxilə edib.
Məlumata görə, təhlükəsizlik səbəbiylə qonaq komandanın azarkeşlərinə bilet satılmayıb. Buna baxmayaraq, Neapola gələn 600 alman azarkeş icazəsiz yürüş keçirib.
Alman azarkeşlər yürüş zamanı ictimai iaşə obyektlərinə hücum edib. Bundan başqa, almanlar polis maşınını, eləcə də zibil qutularını yandırıb.
Polis gözyaşardıcı qazdan istifadə edib.



Son xəbərlər
Son Xəbərlər