ÇL-nin bu matçı güclü qara görə təxirə salındı

cl-nin-bu-matci-guclu-qara-gore-texire-salindi
Oxunma sayı: 2164

Çempionlar Liqasının 6-cı turunda keçiriləcək "Atalanta" - " Vilyarreal" matçı hava şəraitinə görə təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Berqamo şəhərində güclü qar yağıb.

İngilis hakim Entoni Teylor meydançaya baxış keçirdikdən sonra oyunun başlamasını 20 dəqiqə təxirə salmaq qərarına gəlib.

Lakin sonradan oyunun cümə axşamına təxirə salınması qərara alınıb.