“Clubhouse”da səsini təqlid edəni məhkəməyə verir

clubhouseda-sesini-teqlid-edeni-mehkemeye-verir
Oxunma sayı: 1730

Türkiyənin pop ulduzu Hadisə son dövrün ən populyar tətbiqetmələrindən biri olan “Clubhouse”da adından istifadə edərək hesab açan şəxslə bağlı məhkəməyə müraciət edəcək.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram platformasında məlumat verib. Müğənni qeyd edib ki, həmin şəxs onun adından insanlarla danışıb, səsini təqlid edib, hətta mahnı oxuyub:

“Dünən heç olmadığım bir platforma olan “Clubhouse”da mənim adıma açılan bir hesabda bir nəfər səsimi təqlid edib və insanlarla mənim kimi danışıb, söhbət edib, hətta mahnı oxuyub. Bu gün mövzu ilə əlaqədar məhkəmə araşdırmalarına başlayacağımızın bilinməsini istəyirəm”.