CNN-in müxbiri oğurlandı

cnn-in-muxbiri-ogurlandi
Oxunma sayı: 759


“Qafqazinfo”nun xəbərinə görə, məlumatı “Azadlıq” radiosu yayıb.

CNN bildirir ki, müxbir Anton Skibanı çərşənbə axşamı Donetsk yaraqlıları oğurlayıb, ancaq CNN indiyə kimi onun oğurlanması barədə məlumat vermirdi və müxbirinin  azad olunmasına çalışırdı. Bu baş tutmayandan sonra CNN açıq şəkildə jurnalistin azad olunmasını tələb edir.

Skiba CNN –də ştatdankənar müxbir işləyir və Ukrayna münaqişəsini işıqlandırır.   

Nyu Yorkda qərarlaşan jurnalistləri müdafiə komitəsinin məlumatına görə, Skiba həmin ərazidə oğurlanan ən azı 2 jurnalistdən biridir. Digər jurnalistlərdən xəbər yoxdur.

Komitə münaqişə tərəflərini tutulan bütün jurnalistləri dərhal azad etməyə çağırır.