“CNN” Xarkovu Rusiya şəhəri kimi təqdim etdi - Video

cnn-xarkovu-rusiya-seheri-kimi-teqdim-etdi
Oxunma sayı: 1665

Amerikanın “CNN” telekanalı efirə verdiyi bir süjetdə Ukraynanın Xarkov şəhərini Rusiya şəhəri olaraq təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, təqribən 20 saniyə davam edən süjet NATO-nun Baş katibi Yens Stoltenberq ilə müsahibədən əvvəl telekanalın canlı efirində yayımlanıb.

Sözügedən süjet Ukrayna ətrafında vəziyyətin kəskinləşməsinə və Rusiyanın Ukrayna sərhədində həyata keçirdiyi təlimlərə həsr olunub. Süjet boyu ekranın sağ yuxarı küncündə “Xarkov, Rusiya” yazısı görünüb.