Co Baydenin oğlu qardaşının arvadıyla eşq yaşayır - ABŞ-da sensasiya

co-baydenin-oglu-qardasinin-arvadiyla-esq-yasayir
Oxunma sayı: 3441

Barak Obama dönəmində ABŞ-ın vitse-prezidenti olmuş Co Baydenin ailəsi haqda sensasiyalı məlumat yayılıb.

Qafqazinfo” xəbər verir ki, Baydenin kiçik oğlu Hanter Baydenin 2015-ci ildə dünyasını dəyişən qardaşı Bo baydenin arvadı ilə birlikdə olduğu ortaya çıxıb.

Xatırladaq ki, Co Baydenin baş prokuror olan həmin oğlu beyin xərçəngindən ölmüşdü. Bu hadisədən sonra Bayden prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etmişdi.

Hanter Bayden isə elə həmin ildə həyat yoldaşından ayrılmışdı. Bu ayrılıqdan sonra o, qardaşının dul arvadı ilə münasibətə başlayıb.

Məsələ ilə bağlı açıqlama verən eks-vitse-prezident bu münasibətdən xəbərdar olduqlarını və onlara dəstək verdiklərini bildirib.

Hanter isə bu xəbərə belə reaksiya verib: “Hallie və mən yaşanmış zor zamanlara rəğmən sevgini və dəstəyi bir-birimizdə tapdığımız üçün özümüzü çox şanslı hiss edirik”.