Bu gün “Coca-Cola”nın yerli nümayəndəliyi olan “Azərbaycan Coca-Cola Bottlers MMC” ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə məlumat verib. Bildirib ki, dünyanın ən iri şirkətlərindən biri olan “Coca-Cola” Azərbaycanda öz zavodunu quracaq.
Nazir vurğulayıb ki, bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.


Son xəbərlər
Son Xəbərlər