“Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırdı

coca-cola-rusiyadaki-fealiyyetini-dayandirdi
Oxunma sayı: 8757

“Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bəyanat şirkətin saytında dərc olunub.

““Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir.  Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, - deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər.