“Çoçuklar Duymasın”ın Haluku Bakıda - Foto

cocuklar-duymasinin-haluku-bakida
Oxunma sayı: 4674

“Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer  Karadağlı Bakıya gəlib. “Qafqazinfo” xəbər verir ki, aktyor bir necə dəqiqə bundan əvvəl paytaxtımıza təşrif buyurub. 

O, hava limanından birbaşa qalacağı otelə yola düşüb. 

Bu məqamda bildirək ki, Karadağlı sabah mətbuat nümayəndələri ilə görüşəcək. 

Qeyd edək ki, aktyor əməkdar artist Məlahət Abbasovanın aparıcılıq etdiyi “Məlahətli söhbətlər” verilişinin dəvəti ilə Azərbaycana gəlib.