Cocuq Mərcanlıda tank əleyhinə mina və əl qumbarası tapıldı

Cocuq Mərcanlıda tank əleyhinə mina və əl qumbarası tapıldı
Oxunma sayı: 561

ANAMA mütəxəssisləri tərəfindən mayın 23-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və 1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan "Qafqazinfo"ya daxil olan məlumata görə, nəticə etibarilə 20 min 363 kvadratmetr ərazi tam təmizlənib, 27 min 200 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi