Çökən univermağın dağıntıları altında iki nəfər qalıb - FHN

coken-univermagin-dagintilari-altinda-iki-nefer-qalib-
Oxunma sayı: 2505

Suraxanı rayonu, Əmircan qəsəbəsində köhnə univermaq çöküb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramov "Qafqazinfo"ya bildirib ki, hadisə nəticəsində 2 nəfər söküntü altında qalıb: "Hazırda istifadə olunmayan univermaqda təmir işləri zamanı binanın dam örtüyü çöküb. Təmir işlərini görən iki nəfər uçqunun altında qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslər uçqun altından çıxarılıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur".

Murad Əhməd