“Qafqazinfo” xəbər verir ki, qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, Dilarə Əliyeva küçəsi 115 ünvanında 1950-ci illərdə çəkilmiş 250 mm diametrli çuqun xətdə qəza baş verib: “Nəticədə yolun bir hisəəsi çöküb. Bununla bağlı məlumat daxil olan kimi əraziyə Yasamal Sukanal İdarəsinin qəza-bərpa briqadası cəlb olunub, axan su kanalizasiya lüklərinə yönəldilib, təhlükəsizliyin qorunması üçün ərazidə tədbirlər görülüb və qəzanın aradan qaldırılması işlərinə başlanılıb.
Təəssüf ki, bəzi KİV-lər bu xəbəri ""Azərsu" ASC-nin səhlənkarlığından Bakının mərkəzini su basdı" və buna bənzər başlıqlarla təqdim edirlər. Hörmətli həmkalar, bəlkə qəzanı qəsdən törətmişik və ya bilə-bilə tədbir görmürük. 2 gündür fəsadlar törədən küləyi hansı qurumun səhlənkarlığı ilə izah edək?”
Son xəbərlər
Son Xəbərlər