“Qafqazinfo” xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən 128-ci Uimbeldon turnirinin qalibi serbiyalı raketka ustası Novak Cokoviç olub. Cokoviç finalda güclü rəqib Roje Federerlə qarşılaşıb və 3-2 hesabı ilə qalib olub. Bu zəfər Cokoviçin Uimbeldonda ikinci, ümumilikdə isə 7-ci “grand slam” uğuru olub. 3 saat 56 dəqiqə davam edən gərgin mübarizəni keçmiş futbolçu Andrey Şevçenko, məşhur müğənni Fergie, Hollivud ulduzu Bredli Kuper və başqa tanınmış simalar izləyiblər.
İqbal
Son xəbərlər
Son Xəbərlər