Məşhur serbiyalı tennisçi Novak Cokviç mövsümü erkən bitirib.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, hazırda dünya reytinqində 4-cü yerdə olan 30 yaşlı tennisçinin dirsəyindəki zədə ciddi olub.
Cokoviç zədəsinin 1,5 ildir davam etdiyini, son 2 ayda isə ağrıların daha da artdığını və bu səbəbdən bir müddət istirahət edəcəyini söyləyib.
Qeyd edək ki, serbiyalı tennisçi karyerasında 12 dəfə “Böyük Dəbilqə” seriyalı turnirdə qalib olub.
Son xəbərlər
Son Xəbərlər