Çöl donuzlarını ovlayan şəxs saxlanıldı - Foto

Çöl donuzlarını ovlayan şəxs saxlanıldı
Oxunma sayı: 2816

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasımov olduğu məlum olub. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi