Çöl quşları və vəhşi heyvanların ovlanmasına görə cərimələr artırıldı

Çöl quşları və vəhşi heyvanların ovlanmasına görə cərimələr artırıldı
Oxunma sayı: 1043

Nazirlər Kabineti bəzi çöl quşları, balıqlar və vəhşi heyvanların ovlanmasına görə cərimələri artırıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Yeni dəyişikliklər heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları, heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr və heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair qərarları ehtiva edir.

Beləliklə, balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr müəyyənləşdirilib.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri və dərəcələri təsbit olunub.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin dəyəri müəyyən olunub.

Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr müəyyən edilib.

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr müəyyənləşdirilib.