Çöldə icazəsiz gəzdilər, cərimələndilər

colde-icazesiz-gezdiler-cerimelendiler
Oxunma sayı: 1607

Zaqatalada polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri-Əhməd Xubayberdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.