“Çölə çıxmaqda problem yoxdur” - “Qarabağ”ın futbolçusu

cole-cixmaqda-problem-yoxdur
Oxunma sayı: 1158

“Qarabağ”ın futbolçusu Miçel İspaniya mətbuatına açıqlama verib.
 
“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasının Azərbaycana təsirindən danışıb:
 
“Keçən həftəyə qədər hər şey qaydasında idi. Ancaq sonra çempionat dayandı. Kafe və restoranlar axşam saat 9-dək işləyir. Çölə çıxmaqda problem yoxdu. Bir çox yerə girməzdən əvvəl hərarətinizi ölçürlər. Komanda məşqləri saxlasa da, özümüz fərdi şəkildə hazırlığımızı davam etdiririk”.