Coli 12 uşaqlı ailəni - Himayəsinə götürdü

coli-12-usaqli-aileni
Oxunma sayı: 1926

Məşhur aktrisa və rejissor Ancelina Coli Kamboçyada 12 uşaqlı bir ailəyə kömək əli uzadıb.

Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, rejissorluq etdiyi "First they killed my father” filmi üçün  Kamboçyanı ziyarət edən aktrisa Siem Reap şəhərində bir daxmada yaşayan ailənin uşaqlarının bütün təhsil xərclərini öz üzərinə götürüb.

Colinin qızları Shiloh və Zaharanın 16 yaşlı Leida Shou və qardaşlarıyla şəhər küçələrində dilənərkən tanış olduğu və qısa müddətdə dost olduqları bildirilib.

Uşaqların məşhur New-York Beynəlxalq Məktəbinə aparıldığı və qeydiyata salındığı qeyd edilib.

Aktrisanın həyat yoldaşı Bred Pitt isə sözügedən ailəni ziyarət edərək ərzaq və evi lazımı olan avadanlıqlarla təmin edib.