Coli eleqant libası ilə kilsədə göz oxşadı - Fotolar

coli-eleqant-libasi-ile-kilsede-goz-oxsadi
Oxunma sayı: 3264

Dünya şöhrətli aktrisa Ancelina Coli Londonda rəsmi tədbirə qatılıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Müqəddəs Pavel kafedral kilsəsində müqəddəs Mikayıl və Corcun 200 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak edən aktrisa “Ralph & Russo” brendindən olan eleqant libas geyinib. O, geyimini eynilə zərif şlyapa, əlçək və klatçla tamamlayıb.

Sosial şəbəkə istifadəçiləri adətən qara rəngli geyimlərə üstünlük verən Colinin bu seçimini çox bəyəndiklərini qeyd ediblər.