Coli İraqa getdi- - Fotolar

coli-iraqa-getdi-
Oxunma sayı: 1739


"Sonuncu səfərimdən bəri İraqda humanitar durumun necə pisləşdiyini görmək məni sarsıdır. Çoxlu sayda suriyalı qaçqınlardan əlavə, təkcə 2014-cü ildə zorakılıq yolu ilə iki milyon iraqlı didərgin düşüb. Bu günahsız insanların çoxu dəfələrlə öz yurdlarından ayrılmalı olublar, çünki dəyişməkdə olan cəbhə xətti boyunca təhlükəsiz yer axtarırlar".

Coli Dohuk şəhərindən avtomobillə 40 dəqiqəlik məsafədə yerləşən Xankedə qeyri-rəsmi məskənlərdə və rəsmi düşərgədə yaşayan iraqlı məcburi köçkünlərə baş çəkib. Ümumilikdə bu yerlərdə avqustun əvvəlində Sincardan və ətraf ərazilərdən qaçmış yezidi azlığına mənsub olan 20.000 insan məskunlaşıb. 

Suriyadakı münaqişə özünün beşinci ilinə yaxınlaşdığına görə xanım Coli deyib ki: "İraqda və bütövlükdə regionda qarşıya çıxan bir çox problemlərin kökü Suriyadakı müharibədir. Beynəlxalq birliyin liderləri tərəfindən Suriyadakı zorakılıqlar silsiləsinə son qoyulmasına və ədalətli və dayanıqlı sülh sazişinə aparan yolun tapılmasına təcili ehtiyac var".