Coli Rusiya imperatriçası olacaq

coli-rusiya-imperatricasi-olacaq
Oxunma sayı: 2451


“Qafqazinfo”nun Daily Mail-ə istinadən məlumatına görə, aktrisa britaniyalı tarixçi Saymon Sebaq-Montefiorenin sözügedən mövzu ilə bağlı əsərini ekranlaşdırmaq üçün icazə alıb. Əsər İkinci Yekaterina və onun sevimlilərindən olan Qriqori Potyomkinlə sevgi münasibətlərindən bəhs edir. 

“Mən çox həyəcanlıyam ki, Ancelina məhz mənim əsərimə müraciət edib. Çünki bu, mənim ilk kitabım və ən sevimli işimdi. Yekaterina feminizmin ən parlaq qəhrəmanıdır. Yaxşı ki, bu işi öz üzərinə məhz Coli götürdü”-deyə, tarixçi bildirib.