Coli seksual zorakılıqla mübarizə mərkəzi açıb

coli-seksual-zorakiliqla-mubarize-merkezi-acib
Oxunma sayı: 1036


“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlar olan bölgələrdə seksual zorakılıqla mübarizə mərkəzi Londonda Coli və Böyük Britaniyanın keçmiş baş naziri Uilyam Heyqin iştirakı ilə açılıb. Mərkəz "London School of Academics" bazası əsasında yaradılıb.

Mərkəz barədə Ancelina Coli bunları deyib: "Şadam ki, belə bir mərkəz açıldı. Bizə bu dünyada məsuliyyətli insanlar lazımdır. Təhsilli və enerjili gənclər hər şeyi idarə edəcəklər. Onlar kabinetlərdə oturmayacaqlar. Məhkəmələrdə çıxış edəcək, dünyanın qaynar nöqtələrinə gedəcək və yaranmış vəziyyəti dəyişməyə çalışacaqlar".

Qeyd edək ki, mərkəzdə münaqişə zonalarında qadınların zorakılığa məruz qalma halları, onların azaldılması, eləcə də təcavüzdə günahkar olanların məsuliyyətə cəlb edilməsi üçün lazımı informasiya və onların qarşısını alınması yolları axtarılacaq.