“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Krallıq xarici işlər naziri William Hague və Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Ancelina Coli Londonda dünyanın ən böyük “Müharibə bölgələrində cinsi zorakılığın qarşısının alınması” kampaniyasını təşkil edib. Kampaniyaya 48 xarici işlər naziri, 100-dən çox qeyri-hökumət təşkilatı, hüquqçular, insan hüquqları müdafiəçiləri və aralarında Türkiyənin də olduğu 113 ölkədən 600-dən çox hökumət və dövlət səlahiyyətlisi qatılıb. Kampaniya bütün dünyada ictimai mediadan da # timetoact (hərəkətə keçmə zamanı) haştağı ilə dəstək gəlib. Türkiyədə də Birləşmiş Krallıq səfiri Richard Moore və Birləşmiş Krallıq baş konsulu Leigh Turnerin yanaşı Birləşmiş Krallığın Türkiyədə fəaliyyət göstərən nümayəndələri və Türkiyənin tanınmış simaları Burcu Esmersoy, Engin Altan Düzyatan, Kerem Bursin və Kıvanç Kasabalı da kampaniyaya ictimai media üzərindən dəstək olublar.