Con Bolton Ankaradadır

con-bolton-ankaradadir
Oxunma sayı: 970

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Ankarada səfərdədir.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, İsraildən sonra Türkiyəyə yollanan müşaviri hərbi dəniz piyadaları korpusunun generalı Cozef Danford, Beynəlxalq Koalisiya Qüvvələrinin xüsusi təmsilçisi Ceyms Ceffri müşayiət edib.

Amerikalı nümayəndə heyəti türkiyəli həmkarları ilə Münbiç və Suriya başda olmaqla, FETÖ, PKK ilə mübarizə, “Patriot” müdafiə sistemlərinin alınması və ikitərəfli iqtisadi münasibətlər məsələlərini müzakirə edəcək.