Con Boltondan qalmaqallı etiraf

con-boltondan-qalmaqalli-etiraf
Oxunma sayı: 4364

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Bolton iştirak etdiyi bir proqramda özünü “başqa ölkələrdə dövlət çevrilişlərinin planlaşdırılmasına kömək edən şəxs” kimi təsvir edib.

Bolton sözügedən bu etirafı Tramp tərəfdarlarının 2020-ci il Prezident seçkilərindən sonra Kapitol binasına edilən hücumu “diqqətlə planlaşdırılmış çevriliş” kimi qiymətləndirməsindən sonra edib.

Bu ifadənin doğru olmadığını deyən Bolton Trampın belə işləmədiyini, bir fikirdən digərinə asanlıqla keçdiyini bildirib.

Əsas etiraf isə aparıcı Ceyk Tapperin “çevriliş üçün çox ağıllı olmaq lazım deyil” deməsindən sonra gəlib.

Bolton aparıcının bu sözünə cavab olaraq: “Mən burada deyil, başqa ölkələrdə çevriliş planlaşdırılmasına kömək etmiş biri kimi bununla razı deyiləm. Bu, çox iş tələb edir. Onun etdiyi isə bu deyildi”.

Nəzrin Cavadzadə