Con Kerri son 50 ilin ən səmərəsiz dövlət katibi seçildi

con-kerri-son-50-ilin-en-semeresiz-dovlet-katibi-secildi
Oxunma sayı: 984


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Foreign Policy jurnalının sifarişi ilə amerikalı siyasətçilər arasında keçirilən sorğuda Kerinin işini cəmi 0,3% mütəxəssis bəyənib. 

Qeyd edilən dövr ərzində ABŞ-ın ən yaxşı dövlət katibi isə Henri Kissincer hesab edilib. O, xarici siyasət üzrə mütəxəssislərin 32,2% səsini qazanıb. İkinci yerdə 17,71% səslə ata Corc Buşun dövründə bu postu tutan Ceyms Beyker, üçüncü yerdə isə Madlen Olbrayt qərarlaşıb. 

Sorğuda ümumilikdə 1375 Amerika ali təhsil müəssisələrinin 1615 eksperti iştirak edib.