“Qafqazinfo” TASS Agentliyinə istinadən xəbər verir ki, o, gəzinti zamanı velosipeddən yıxılıb. Bu barədə ictimaiyyətə sabiq kontr-admiral Con Kirbi məlumat verib.
Onun sözlərinə görə, hadisə İsveçrə ilə sərhəddə yerləşən fransız departamenti-Yuxarı Savoyyada baş verib. Kerrini maşınla onun əməkdaşları, həkimlər və sanitarlar müşaiyət edirmiş.
“Kerrinin vəziyyəti stabildir. Son məlumata görə, dövlət katibi ayağından zədə alıb”, - deyə Kirbi açıqlama verib. 71 yaşlı Kerrinin heç bir həyati təhlükəsinin olmadığı bildirilir.
Qeyd edək ki, bu gün Con Kerri kral Dördüncü Filipplə görüşək üçün İspaniyaya getməyi planlaşdırırmış.
Son xəbərlər
Son Xəbərlər