Con Kerridən amerikalı tələbələrə rus-dili ilə bağlı məsləhət

con-kerriden-amerikali-telebelere-rus-dili-ile-bagli-meslehet
Oxunma sayı: 729

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri amerikalı tələbələrə rus-dilini öyrənməyi məsləhət görüb.

“Qafqazinfo”nun “Politico” nəşrinə istinadən verdiyi xəbərə görə, diplomat Harvard Universitetinin daxilində fəliyyət göstərən Kennedi adına məktəbdə çıxışı zamanı bildirib ki, ondan tez-tez hökumətə real şəkildə təsir etməyin sirrini soruşurlar.

“Əvvəllər mən deyirdim ki, necə olursa-olsun vəzifəyə seçilmək lazımdır, mütləq Kennedi adına məktəbdə tələbə adını qazanmaq lazımdır. Son zamanlar isə fikirlrim dəyişilib. Ağ Evin indiki administrasiyasında dillərin tədrisi ilə bağlı proqramı əldə etmək və rus-dilini öyrənmək lazımdır”.