Con Kerrinin bütün səfərlərində o çanta var - Sirri ortaya çıxdı

con-kerrinin-butun-seferlerinde-o-canta-var
Oxunma sayı: 8959

Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerrinin özü ilə gətirdiyi gitaranın hədiyyə olmadığı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, amerikalı nümayəndə heyətinin təyyarədən düşürdükləri gitara Lavrov üçün gətirilməyib, Kerrinin şəxsi musiqi alətidir:

“Gitara Sergey Lavrova hədiyyə olaraq gətirilməyib. O, Con Kerrinin şəxsi gitarasıdır, bütün dünyanı onunla səhayət edir”.

Xatırladaq ki, martın 21-də Rusiya XİN rəhbəri Sergey Lavrovun 66 yaşı tamam olmuşdu.