Amerikanın məşhur aktyoru, musiqiçi Conni Depp tanınmaz halda çəkildiyi fotoları yayıldıqdan sonar, onun ağır xəstəliyə tutulduğu iddia edilmişdi.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı aktyorun belə görünməsinin səbəbi isə fərqli imiş.
Belə ki, aktyorun yaxın zamanlarda çəkilişə start veriləcək “Görünməz adam” layihəsi üçün arıqladığı bildirilib.
Onun hansı obrazı canlandıracağı hələlik bilinmir.
Qeyd edək ki, C.Depp sonuncu dəfə Rusiyanın Sankt-Peterburq şəhərində “The Hollywood Vampires” adlı qrupla kosert vermişdi.



Son xəbərlər
Son Xəbərlər