Conson vəzifəsini tərk etməyəcəyini bildirdi

conson-vezifesini-terk-etmeyeceyini-bildirdi
Oxunma sayı: 1792

Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsini tərk etməyəcəyini bəyan edib.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə o həmkarları ilə görüşdə bildirib.

Conson qeyd edib ki, həmkarları ya onu dəstəkləməli və bu yay “iqtisadi artıma nail olmağa” diqqət etməlidirlər, ya da partiyada “liderlik uğrunda mübarizənin xaosu” və müxalifətin növbədənkənar parlament seçkilərilə bağlı təzyiqi ilə üzləşməlidirlər.

Qeyd edək ki, Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa veriblər.