Conson xəstəxanada döşəmədə yatan uşağa görə üzr istədi

conson-xestexanada-dosemede-yatan-usaga-gore-uzr-istedi
Oxunma sayı: 2330

Böyük Britaniyanın Baş Naziri Boris Conson sətəlcəm olan 4 yaşlı uşağın xəstəxanada boş çarpayı olmadığı üçün saatlarla yerdə yatmasına görə üzr istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sətəlcəm şübhəsi ilə Lids şəhər xəstəxanasına aparılan Cek Uilliment boş çarpayı olmadığından oksigen maskası taxılaraq 4 saat beton döşəmədə uzanmalı olub. 5 saat isə xərəkdə uzanmalı olan Cek daha sonra boşalan çarpayıya uzadılıb. Uşağın anası Sarah oğlunun yerini isti etmək üçün gödəkçəsini yerə sərməli olub. Uşağın mediada yayılan fotosuna reaksiya verən Conson “Bu çox qorxunc foto idi. Ailəsindən üzr istəyirəm. Problemin həlli üçün təcili sərmayə qoyulmalıdır” deyib.

Qeyd edək ki, İngiltərə Təcili Tibb Dərnəyinin ötən həftə açıqlanan statistikasına əsasən, ölkədə hər 20 təcili xəstədən 1-i 12 saat boş çarpayı gözləmək məcburiyyətində qalır. Xəstələrin isə 68%-i 4 saat ərzində müayinə edilə bilir.