Conson Zelenskiyə yardım paketi təqdim etdi

conson-zelenskiye-yardim-paketi-teqdim-etdi
Oxunma sayı: 3961

“Bu gün mən Ukrayna xalqına sarsılmaz dəstəyimizin nümayişi olaraq Kiyevdə dostum Prezident Zelenski ilə görüşdüm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson özünün tvitter səhifəsində yazıb:

“Biz yeni maliyyə və hərbi yardım paketi hazırlayırıq, hansı ki, bu da onun ölkəsinin Rusiyanın barbar kampaniyasına qarşı mübarizəsinə sadiqliyimizin sübutudur”.