Consona 1 milyon funt sterlinq ianə olundu

consona-1-milyon-funt-sterlinq-iane-olundu
Oxunma sayı: 3136

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consona 1 milyon funt sterlinq (2 milyon AZN) dəyərində ianə təqdim olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin məbləği kriptovalyuta investoru Kristofer Harborn verib.

Belə ki, o, Consonun şəxsi şirkətinə 1 milyon funt sterlinq (2 milyon AZN) ianə edib.

Qeyd edək ki, bir müddət öncə Boris Conson Londonda yeddi saatlıq çıxışına görə 50 000 funt sterlinq (103 min AZN) qazanmışdı.