Consonla Stoltenberq Ukrayna ilə bağlı müzakirə apardı

consonla-stoltenberq-ukrayna-ile-bagli-muzakire-apardi
Oxunma sayı: 1047

Böyük Britaniyanın Baş naziri Boris Consonla NATO-nun baş katibi Yens Stoltenberqin telefon danışığı olub.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Consonla Stoltenberq telefon danışığı zamanı Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq hüququnun lehinə çıxış ediblər.

Onlar, həmçinin, Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı “sərt” iqtisadi sanksiyaların tətbiqinin vacibliyini bəyan ediblər.